“ChatGPT” bu ilin ilk yarısında fantastik pul qazanıb

2 Oktyabr 2025 10:50

Süni intellekt nəhəngi və "ChatGPT"nin istehsalçısı OpenAI 2025-ci ilin ilk yarısında 4,3 milyard dollar gəlir açıqlayıb.

Milli.Az xəbər verir ki, şirkət tədqiqat və inkişafa isə ümumilikdə 6,7 milyard dollar xərcləyib.

Maliyyə hesabatına görə, OpenAI yalnız süni intellekt tədqiqatları və inkişafı üçün 2,5 milyard dollar ayırıb. İlin birinci yarısının sonunda şirkətin aktivlərində təxminən 17,5 milyard dollar nağd pul və qiymətli kağız mövcud olub.

Mənbələr bildirir ki, OpenAI-nin tam illik gəliri 13 milyard dollar, xərcləri isə 8,7 milyard dollar səviyyəsində proqnozlaşdırılır.

Bu nəticələr Nvidia-nın OpenAI-a 100 milyard dollarlıq sərmayə qoyacağını və milyonlarla qrafik prosessor (GPU) tədarük edəcəyini açıqlamasından sonra gəlib. Bu tərəfdaşlıq OpenAI-a təxminən 4-5 milyon Nvidia GPU tutumu qazandıracaq.

Fidan
Milli.Az