Beş il əvvəl oğlu şəhid oldu, indi isə anasını itirdi

2 Oktyabr 2025 10:21

Ali Məhkəmənin hakimi Zəki Babayevə ağır itki üz verib.

Milli.Az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a onun yaxınları məlumat verib.

Bildirilib ki, Z.Babayevin anası Xədicə Babayeva uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

Allah rəhmət eləsin!

Xatırladaq ki, Z.Babayev şəhid İqbal Babayevin atasıdır. İqbal Babayev könüllü olaraq qatıldığı Vətən müharibəsində 2020-ci ilin oktyabrın 21-də Füzuli döyüşləri zamanı şəhid olub. O, Prezident İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Milli.Az