"Aparıcılıq yüngül peşədir"

2 Oktyabr 2025 10:30

Şairə Nazilə Səfərli qalmaqallı açıqlaması yenidən diqqət çəkməyi bacarıb.

Milli.Az xəbər verir ki, o, aparıcılıq sənətinin yüngül peşə, tamadalığın isə ağır peşə olduğunu bildirib.

"El şənlikləri və efirə nəzərə alsaq 2004-cü ildə\n aparıcılıq fəaliyyətim var. Həmin vaxt meydan tanınan xanım aparıcı yox idi. Mən deyişirdim deyə, Aşıq Zülfiyyə məni toylarına tamada kimi götürdü. Aparıcı deyəndə aparıcılıq yüngül peşədir, tamada isə ağır... Məni işə götürəndə ona sərf edirdi ki, tanınmıram nə versə, qəbulumdur. Mənə isə sərfi o idi ki, üzümə dəhliz açıldı".

Musa
Milli.Az