Qurban Qurbanovun uğurunun SİRRİ - VİDEO

2 Oktyabr 2025 11:01

Xəbər verdiyimiz kimi, ötən gecə "Qarabağ" UEFA Çempionlar Liqasında "Kopenhagen"ə 2:0 hesabı ilə qalib gəlib.

Milli.Az xəbər verir ki, öz əzmkar oyunu ilə seçilən Azərbaycan çempionu növbəti dəfə azarkeşləri sevindirməyi bacardı.

Oyuna sonradan daxil olan Emmanuel Addai isə 83-cü dəqiqədə 2-ci qolu vuraraq qələbəni möhkəmləndirdi. 

Oyundan bitdikdən dərhal sonra isə Emmanuel Addai məşqçilər tərəfindən meydana çıxarılaraq əlavə məşq etdirildi. Oyunçu ilk öncə stadionu tərk etmək istəsə də, Qurban Qurbanovun məşqçilər heyətinin tələbindən sonra oyunçu staionda əlavə sprint məşqlər etdi.

Buna səbəb isə oyunçunun oyuna sonradan daxil olması və oyunu tam vaxtda oynamamasıdır. 

Qeyd edək ki, Emmanuel Addai ilə birlikdə Tural Bayramov, Musa Qurbanlı da oyun bitikdən sonra əlavə məşq etdirildi.

Bu amil özü də Qurban Qurbanovun komandasında ciddi nizam-intizamın olduğunun göstəricisidir. Sözsüzki, ciddi intizam və çəkilən əziyyət "Qarabağ"ın uğurunun sirridir.

 
 
 
 
 
View this post on Instagram
 

 

 
 
 
 
 
 
 
 
 

A post shared by Jurnalist Adam (@jurnalistadam)

Asif Mehman
Milli.Az