Xəbər verdiyimiz kimi, ötən gün UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 2-ci turuna yekun vurulub.
Milli.Az xəbər verir ki, 2-ci turda Azərbaycanın "Qarabağ" klubu Bakıda Danimarka "Kopenhagen"inini 2:0 hesabı ilə məğlub edib. Bu qələbə sayəsində "Qarabağ" Çempionlar Liqasında turnir cədvəlində 6-cı pillədə yerləşib.
Qeyd edək ki, "Qarabağ" Liqa mərhələsinin I turunda da Portuqaliyada "Benfika"ya qalib gəlmişdi - 3:2.
Milli.Az
Milli.Az