Tyeri Anri "Qarabağ"ın qələbəsindən DANIŞDI

2 Oktyabr 2025 12:00

Fransalı keçmiş futbol ulduzu Tyeri Anri "Qarabağ"ın Çempionlar Liqasında növbəti qələbəsindən danışıb.

Milli.Az xəbər verir ki, "CBS Sports"un idman şərhçisi olan əfsanəvi futbolçu UEFA Çempionlar Liqasında təmsilçimizin "Kopenhagen"lə matçını şərh edib.

"Qarabağ" çox sadə, amma effektiv oynayır. Sürətli keçidlər və mütəmadi şiddətli qanad hücumları. Qanadlara nəzarət etmədən "Qarabağ"ı dayandırmaq üçün yüksəksəviyyəli, iqtisadi cəhətdən çox üstün bir komanda olmanız lazımdır. Futbol sadə bir oyundur. Çətin olan isə sadə oynamaqdır. "Qarabağ" sadəcə bunu edir".

Xatırladaq ki, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsinin ikinci turunda "Kopenhagen"lə oyundan 2:0 hesabı ilə qalib ayrılıb.

Hüseyn
Milli.Az