Mask tarixə düşdü - İlk şəxs oldu

2 Oktyabr 2025 09:41

"Tesla" və digər startaplarının dəyərindəki artım nəticəsində İlon Mask dünyanın ilk 500 milyard dollarlıq xalis sərvətə sahib insanı olub.

Milli.Az xəbər verir ki, "Forbes"in milyarderlər indeksinə görə, çərşənbə günü Maskın sərvəti 500,1 milyard dollar təşkil edib.

Maskın sərvəti əsasən onun "Tesla"dakı 12,4%-dən çox payına bağlıdır. Şirkətin səhmləri bu il indiyədək 14%-dən çox yüksəlib, son gündə isə əlavə olaraq 3,3% artaraq Maskın sərvətinə 6 milyard dollardan çox əlavə edib.

Tesla səhmləri ilin əvvəlində dalğalı olsa da, son aylarda müsbət tendensiya göstərib. Şirkətin İdarə Heyətinin sədri Robyn Denholm bildirib ki, Mask bir müddət Vaşinqtondakı fəaliyyətlərindən sonra yenidən şirkətə diqqətini tam qaytarıb.

Milyarder ötən həftə də "Tesla"nın gələcəyinə inamını nümayiş etdirərək təxminən 1 milyard dollarlıq əlavə səhm alıb. O, şirkətin gələcəyini yalnız elektrik avtomobillərində deyil, həm də süni intellekt və robot texnologiyasında gördüyünü vurğulayıb.

Milli.Az