Windows 11 ən etibarsız əməliyyat sistemi elan olunub.
Milli.Az xəbər verir ki, XDA ekspertləri Windows 11-i ən etibarsız əməliyyat sistemi kimi qiymətləndiriblər.
Səbəb Microsoft-un sistemdə daim eksperimentlər aparmasıdır.
Mütəxəssislər bildirirlər ki, 2021-ci ildən istifadəyə verilən Windows 11 hər il daha çox nasazlıq göstərir. Şirkətin mühəndisləri xüsusən süni intellekt funksiyalarına fokuslandığı üçün sistemin əsas problemlərinə diqqət yetirmirlər.
Microsoft-un rəhbəri Satiya Nadella bildirib ki, Windows 11-in kodunun təxminən 30 faizi insan yox, süni intellekt tərəfindən yazılıb. İstifadəçilər isə əsas funksiyaların "Start" menyusu, fayl meneceri və digər standart alətlərin problemsiz işləməsini gözləyirlər.
Ekspertlər xəbərdarlıq edirlər ki, Windows 11-ə əlavə olunan yeni imkanlar sistemin etibarlılığını zəiflədir və adi istifadəçilər üçün risk yaradır.
İsmayıl
Milli.Az