"Survivor"la tanınan Barış Murat Yağcını ağır itki yaşadığı bildirilib.
Milli.Az-ın məlumatına görə, aktyor və modelin anası Arzu Akalay Ernak dünyasını dəyişib.
O, xərçəng xəstəliyi ilə uzun müddət mübarizə aparsa da, müalicə olunduğu xəstəxanada vəfat edib.
Barış Murat Yağcı acı xəbəri sosial şəbəkə hesabında paylaşıb. Hadisədən sonra sənətçinin dostları və yaxınları ona başsağlığı mesajları ünvanlayıblar.
Musa
Milli.Az