Sumqayıtda avtobus qəzaya düşdü - Xəsarət alanlar var

2 Oktyabr 2025 09:24

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1965-ci il təvəllüdlü Arzu Şubay oğlu Abışovun idarə etdiyi "Hyundai" markalı avtobusla 1962-ci il təvəllüdlü İradə Əlihüseyn qızı Hüseynovanın idarə etdiyi KIA markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində hər iki sürücü, eləcə də avtobusun sərnişini, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü Tural Arif oğlu Məmmədov xəsarət alıblar.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az