"Kəpəz"in yeni baş məşqçisi məlum oldu

1 Oktyabr 2025 19:14

"Kəpəz"ə yeni baş məşqçi təyin olunub.

Milli.Az xəbər verir ki, bu barədə Gəncə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, "sarı-göylər" Azər Bağırova tapşırılıb.

44 yaşlı mütəxəssislə mövsümün sonuna kimi müqavilə imzalanıb.

Milli.Az