Azərbaycan klubunun rəsmisi futboldan uzaqlaşdırıldı

1 Oktyabr 2025 15:51

Azərbaycan 2-ci liqasında çıxış edən "Şəki Siti" klubunun prezidenti Elgün Hüseynov 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilib.

Milli.Az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib.

O, bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə bu cəzanı alıb.

Milli.Az