Güllünün ölümü ilə bağlı daha bir GÖRÜNTÜ - VİDEO

1 Oktyabr 2025 17:04

Türkiyədə 6-cı mərtəbədəki mənzilinin pəncərəsindən yıxılaraq dünyasını dəyişən müğənni Güllü (Gül Tut) ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Milli.Az xəbər verir ki, kadrlarda müğənninin qızı Tüyamın  "Anam!" deyə qışqırdığı və anasının yanında olduğu görünür. Ürək dağlayan anlar sosial şəbəkələrdə yayımlanıb.

Güllünün ölümünü oğlu Tuğberk Yavuz sosial mediada təsdiqləyib:

"Bu mesajı acı xəbəri paylaşmaq üçün yayımlayıram. Sosial mediada yayılan özünə qəsd yalandır. Güllünü bu gecə faciəvi qəzada itirdik. Başsağlığı veririk" .

Sənətçinin meyiti Yalova Təhsil və Araşdırma Xəstəxanasında aparılan yarılmadan sonra ailəsi tərəfindən qəbul edilib və Tuzla Sultan Birinci Əhməd Məscidində keçirilən günorta namazından sonra Tuzla qəbiristanlığında torpağa tapşırılıb.

Hadisə ilə bağlı istintaq davam edir.

Fidan
Milli.Az