Gülay Cabir İmanovun ona yazdığı mesajı paylaşdı – FOTO

1 Oktyabr 2025 12:56

Müğənni Gülay Zeynallı Cabir İmanovla bağlı paylaşım edib.

Milli.Az xəbər verir ki, o, mərhum Əməkdar artistin illər öncə yazdığı mesajı izləyiciləri bölüşüb.

Sənətçi yaşadığı üzüntünü bu sözlərlə ifadə edib:

"Heyif. Dünən var olan insanın bu gün həyatda olmaması çox üzücüdü. Hər zaman dostlarının uğuruna sevinən, diqqətini əsirgəməyən insan. Allah rəhmət etsin".

Musa
Milli.Az