Son illərdə ənənəvi qidalanma vərdişlərinə qayıdışla sümük iliyi yenidən süfrədə öz yerini tutmağa başlayıb. Mütəxəssislər bildirirlər ki, sümük iliyi həm immunitet sistemini gücləndirə, həm də dəri və oynaq sağlamlığına töhfə verə bilər.
Milli.Az sümük iliyinin potensial faydalarını sizə təqdim edir:
Zəngin qida tərkibi: Kollagen, jelatin, vitaminlər (A, K2) və minerallar (dəmir, sink, fosfor) ehtiva edir.
Sağlam yağlar: Omeqa-3 və omeqa-6 yağ turşuları ilə enerji verir və toxluq hissi yaradır.
İmmunitet dəstəyi: Qlisin və prolin kimi maddələr bağırsaq sağlamlığını dəstəkləyərək immun sistemi gücləndirir.
Bağırsaq sağlamlığı: Sümük suyu bağırsaq divarını qorumağa kömək edir, xüsusilə "sızan bağırsaq" sindromunda faydalıdır.
Diqqət ediləsi məqamlar:
Yüksək xolesterol və doymuş yağ ehtiva edə bilər; ürək-damar xəstələri ehtiyatlı olmalıdır.
Mənbə vacibdir: Sümük iliyi toksin saxlaya bilər, ona görə də üzvi və sağlam heyvanların sümükləri üstünlük verilməlidir.
Mütəxəssislər vurğulayırlar ki, sümük iliyi xüsusilə şorbaya əlavə edildikdə həzmə kömək edir, immuniteti gücləndirir və qrip, soyuqdəymə və oynaq problemlərinə dəstək ola bilər.
Milli.Az