Tramp Rusiya-Ukrayna müharibəsinin sonu haqda danışdı

1 Oktyabr 2025 17:30

ABŞ-in Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında gedən müharibənin sona çatdırılmasının mümkün olduğunu bildirib, lakin bu prosesin düşündüyündən daha çətin olduğunu da etiraf edib.

Milli.Az xəbər verir ki, o, bu fikirləri ABŞ Silahlı Qüvvələrinin yüksək rütbəli zabitləri qarşısında çıxışı zamanı səsləndirib. Tramp qeyd edib ki, münaqişənin həllinə nail olunacağına inanır, amma problemin gözləniləndən daha mürəkkəb olduğu ortaya çıxıb.

Onun sözlərinə görə, ABŞ bu böhrana birbaşa maliyyə ayırmır, əksinə, NATO üzərindən avadanlıq satır və ödənişlər həmin qurum tərəfindən qarşılanır. Tramp əlavə edib ki, bu pullar Ukraynaya və ya digər tərəflərə yönəldilir, lakin istəsələr, vəsaiti öz ehtiyacları üçün də istifadə edə bilərlər.

Çıxışında Tramp ölkəyə qanunsuz yollarla daxil olan şəxslər məsələsinə də toxunub. O bildirib ki, prezident postuna gəlməzdən əvvəl ABŞ-yə təxminən 25 milyon insan qeyri-qanuni şəkildə daxil olub.

Asya
Milli.Az