Bakıda sürücü "vaxtım bitdi" deyib sərnişinləri düşürdü - VİDEO

1 Oktyabr 2025 11:48

Bakıda avtobus sürücüsü ilə sərnişinlər arasında gərginlik yaşanıb.

Milli.Az xəbər verir ki, sürücü sərnişinləri yarı yolda qoyub.

Belə ki, Əhmədli-Ulduz istiqamətində hərəkət edən 36 nömrəli avtobus sərnişinin iddiasına görə, onları körpünün üzərində düşürüb.

O, deyib ki, "mənim vaxtım bitdi, dayanacağa qayıtmalıyam". Sərnişinlər sürücünün bu addımına etirazla qarşılayıblar.

Milli.Az