Xalq artisti: "Əxlaqsız adam mənə əxlaqdan dərs deyir"

1 Oktyabr 2025 11:30

Xalq artisti Rasim Balayev sərt açıqlamalar verib. 

Milli.Az xəbər verir ki, aktyor televiziyaları tənqid edib.

"Efirə küçədən keçənlər çıxa bilmirdi. Bu gün isə küçə adamları ekrandadır. Əxlaqsız adam mənə əxlaqdan dərs deyir, rüşvətxor adam rüşvətdən dərs deyir. Ağılsız adam da mənə ağıldan dərs deyir. Yaxşı bunun öz yiyəsi, əri qardaş-bacısı, ailəsi yoxdur, bildik.

Bəs, televiziyanın sədri də yoxdur? Tv-yə çıxırlar, biri başına qazan qoyur fırlanır, o biri başqa şey. Bunun bir dayan deyən yiyəsi yoxdur?".

Milli.Az