"Yandı, indi isə bərpa etməyə icazə vermirlər"

1 Oktyabr 2025 17:00

Sabunçu rayonu qeyri-yaşayış obyektində bir müddət öncə yanğın baş verib. Nəticədə obyekt yararsız vəziyyətə düşüb. İndi sakinlər bərpa işləri aparmaq istəyirlər. 

Milli.Az xəbər verir ki, iddia edilir ki, buna icazə verilmir. 

Kim və niyə icazə vermir? 

Sabunçu rayonu Dəmiryol vağzalı tərəfdə sakinlər bərpa işlərinə başlasa da, aidiyyatı qruplar buna icazə verməyib. Eyni zamanda işlərin dayandırılması ilə yanaşı ərazidə olan divar daşları da sökülüb. Sakinlərin sözlərinə görə, buna razılığı İcra Hakimiyyəti vermir.

Məsələ ilə bağlı Sabunçu İcra nümayəndəliyindən bildirildi ki, ərazi qeyri-yaşayış təminatlı yerdir:

"İşlərin dayandırılması onu həyata keçirən yenidən qurma işlərinin tikinti icazə icraatı predmentinə aid olduğunu, bunun üçün aidiyyatı üzrə Azərbaycan Respublikasının Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etməli olduğu barədə müvafiq izahat və şifahi xəbərdarlıq edilmişdir. Onların buna məhəl qoymayıb müvafiq işlər həyata keçirdikləri üçün işlər dayandırılmışdır". 

Qeyd edək ki, aidiyyatı qurumlardan icazə alındıqdan sonra yenidən işlərin bərpasına başlanılmasına icazə veriləcəkdir. 

Asya
Milli.Az