ABŞ hökuməti fəaliyyətini dayandırdı

1 Oktyabr 2025 09:40

1 oktyabr tarixində, şərq vaxtı ilə 00:01-də (Bakı vaxtı ilə 08:01) ABŞ hökuməti Konqresin yeni büdcəni qəbul edə bilməməsi səbəbindən fəaliyyətini dayandırıb (şatdaun).

Milli.Az xəbər verir ki, dövlət qurumlarının xərcləməsi qadağan edilib, əksər dövlət qulluqçuları ödənişsiz məzuniyyətə göndərilib, yalnız kritik sahələrdə çalışanlar maaşsız işləyir.

Bu, son 7 ildə ilk tam şatdaundur.ABŞ tarixində ümumilikdə 21 şatdaun olub, ən uzun müddətli olanı 2018-2019-cu illərdə 35 gün davam edib və iqtisadiyyata 3 milyard dollar ziyan vurub.

Qeyd edək ki,  ABŞ-ın Azərbaycandakı səfirliyi də şatdaunla bağlı bəyanat yayıb.

Fidan
Milli.Az