"Mançester Yunayted"in əfsanəsi Ueyn Runi Lionel Messi və Kriştiano Ronaldonun səviyyəsinə çata biləcək futbolçunun adını açıqlayıb.
Milli.Az xəbər verir ki, onun sözlərinə görə, həmin oyunçu "Barselona"nın gənc ulduzu Lamin Yamaldır:
"Lamin Yamal heyrətamizdir. Mən onu yalnız bir dəfə canlı izləmək imkanım olub və düşünürəm ki, o, Messini və Ronaldonu geridə qoya biləcək yeganə oyunçudur", - deyə Runi bildirib.
Lent.az xəbər verir ki, Runi ilə eyni fikirdə olmayan sabiq komanda yoldaşı Rio Ferdinand bu açıqlamaya münasibət bildirərək belə deyib:
"Razı deyiləm. Bu, çox çətin məsələdir".
Runi isə mövqeyini belə əsaslandırıb:
"Yamal bu yaşında artıq Ronaldo və Messidən qat-qat öndədir. Futbolda nəsillər dəyişir. Ronaldo və Messidən sonrakı dövr başlayıb və indi növbə gənclərin vaxtıdır".
Hüseyn
Milli.Az