Prezident: Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır

30 Sentyabr 2025 20:03

Bu gün İtaliya-Azərbaycan əlaqələrinin inkişafı göz qabağındadır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə geniş tərkibdə görüşdə söyləyib.

Dövlətimizin başçısı bildirib: "Bizim əməkdaşlığımız çoxşaxəlidir, demək olar ki, bir çox sahələri əhatə edir, energetikadan başlamış sənaye istehsalına qədər. Hazırda təhsil sektorunu da əhatə edən əməkdaşlıq doğrudan da strateji əhəmiyyət daşıyır"

Milli.Az