İlham Əliyev: Azərbaycan və İtaliya əsl strateji tərəfdaşlardır

30 Sentyabr 2025 19:32

İtaliya Prezidenti cənab Mattarella Azərbaycanda ikinci dəfədir. Birinci rəsmi səfər 7 il bundan əvvəl baş vermişdir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri Prezident İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarella ilə mətbuata bəyanatında deyib.

Dövlətimizin başçısı bildirib: "Bugünkü səfər onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq".

Milli.Az