NASA: "2035-ə qədər Ayda yaşayış ola bilər"

1 Oktyabr 2025 07:07

NASA 2035-ə qədər Ayda yaşayış üçün kənd salmaq istəyir.

Milli.Az xəbər verir ki, NASA-nın rəhbər əvəzi Şon Daffi Sidneydə keçirilən Beynəlxalq Astronavtika Konqresində bu məqsədlə planların hazırlandığını açıqlayıb.

Onun sözlərinə görə, qarşıdakı 10 il ərzində təkcə stansiya deyil, Ayda insanların uzunmüddətli qala biləcəyi kənd inşa olunacaq. Burada daimi yaşayış üçün lazım olan bütün şərait təmin ediləcək.

NASA 2026-cı ilin fevralında "Artemida-II" missiyası çərçivəsində 4 astronavtı Aya göndərməyi hədəfləyir. Hərçənd həmin səfərdə eniş nəzərdə tutulmasa da, bu missiya gələcək planlara zəmin yaradacaq.

İnşa ediləcək kəndin nüvə enerjisi ilə işləyəcəyi və Ayda mövcud materiallardan istifadə olunaraq tikiləcəyi bildirilir. Agentliyin növbəti hədəfi isə Marsa enişdir.

Asya
Milli.Az