Bu ölkədə qrip və COVID-19 epidemiyasından ölürlər

30 Sentyabr 2025 20:41

İspaniyanın Sevilya şəhərində, La Alqaba bölgəsində yerləşən qocalar evində respirator infeksiyaların yayıldığı təsdiqlənib.

Milli.Az xəbər verir ki,Əndəlüs Səhiyyə Nazirliyi baş verənləri rəsmi şəkildə təsdiqləyib.

Ümumilikdə 22 nəfər virusa yoluxub, altı nəfər xəstəxanaya yerləşdirilib. Onlardan ikisi evə buraxılıb, birinin müalicəsi davam edir. Təəssüf ki, dörd nəfər dünyasını dəyişib, onlardan üçü xəstəxanada, biri isə müəssisədə.

Bölgədə 2023-cü ildən tətbiq edilən xüsusi protokollar işə salınıb. Qocalar evlərində təcrid rejimi, gücləndirilmiş nəzarət və səhiyyə qurumları ilə əlaqələndirilmiş fəaliyyət həyata keçirilir.

Yoluxmaların artması fonunda Əndəlüsdə qrip və COVID-19-a qarşı birgə vaksinasiya kampaniyasına start verilib. Hazırda daha riskli qruplar peyvənd olunur, yaxın həftələrdə bu proses digər vətəndaşlara da şamil ediləcək.

Asya
Milli.Az