Türkiyədə sərnişin avtobusu yük maşını ilə toqquşdu - Çox sayda yaralı var

30 Sentyabr 2025 17:10

Sivasın Yıldızeli rayonunda sərnişin avtobusu ilə yük maşını toqquşub.

Milli.Az xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 18 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağırdır.

Hadisə Sivas-Tokat avtomobil yolunda baş verib. Tokat istiqamətində hərəkətdə olan Tokat Yıldızı şirkətinə məxsus 60 TY 450 dövlət qeydiyyat nişanlı Mercedes markalı sərnişin avtobusu ilə qarşıdan gələn yük maşını üz-üzə toqquşub. Zərbənin təsirindən avtobus yoldan çıxaraq əraziyə sürüklənib.

Qəza barədə məlumat daxil olduqdan sonra əraziyə çoxlu sayda təcili tibbi yardım, polis və xilasetmə qüvvələri cəlb olunub. Yaralılar hadisə yerində ilkin tibbi yardım göstərildikdən sonra Yıldızeli Rayon Mərkəzi Xəstəxanasına və Sivas şəhərindəki xəstəxanalara aparılıb.

Milli.Az