İbrahim Tatlısəs məşhur aktrisanı izləyərkən AĞLADI - VİDEO

1 Oktyabr 2025 09:15

Türkiyənin məşhur sənətçisi İbrahim Tatlısəs duyğusal anlar yaşayıb.

Milli.Az xəbər verir ki, müğənni filmdəki tərəf müqabili Hülya Avşarı izləyərkən göz yaşlarına hakim ola bilməyib.

Tatlısəs köhnə kadrları seyr edərkən, birgə rol aldıqları filmləri xatırlayıb və bu anlarda çox kövrəlib. O, Avşarla sənət dostluğunu və keçmiş illərin xatirəsini yüksək dəyərləndirdiyini bildirib.

Xatırladaq ki, İbrahim Tatlısəs və Hülya Avşar uzun illər öncə bir neçə film layihəsində tərəf-müqabili kimi kamera qarşısına keçiblər və həmin ekran işləri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Musa
Milli.Az