Məşhur əfqan siyasətçi öldü

30 Sentyabr 2025 16:58

Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə rusiyalı jurnalist Andrey Serenko məlumat yayıb.

Hikmətyarın ölümü ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, Əfqanıstan İslam Partiyasının lideri Gülbəddin Hikmətyar SSRİ-nin Əfqanıstana müdaxiləsi zamanı təşkilat sovet qoşunlarına qarşı döyüşüb. Müharibə dövründə onun tabeliyində qırx min nəfərlik ordu vardı. Bu, Əfqanıstan müharibəsində ən böyük mücahid dəstəsi hesab edilirdi və Hikmətyar 80-ci illərdə Pakistan və Qərb ölkələri tərəfindən ən güclü dəstək alan şəxs idi. Bu yardımlar 1994-cü ilə qədər davam edib.

Bəzi iddialara görə, Hikmətyar Əfqanıstanda əsas narkotik plantasiyalarına da nəzarət edib və dünyaya Əfqanıstandan göndərilən narkotik vasitələr onun nəzarəti altında olub.

2001-ci ildə amerikalılar Əfqanıstana gəldikdən sonra Hikmətyara yeni hökumətdə vəzifə verilmədi. Bu isə onun Vaşinqtona qarşı cəbhədə yer almasına səbəb oldu. Amerika da öz növbəsində onu qara siyahısına saldı.

Bu il fevralın 4-də isə BMT Hikmətyara qarşı sanksiyaları ləğv edib. (Axar.az)

Milli.Az