Allahverdi Yolçuyevin səhhəti ilə bağlı açıqlama - YENİLƏNİB - VİDEO

30 Sentyabr 2025 19:08

19:08

Bu gün efirdə tanınmış aktyor Allahverdi Yolçuyevin halı pisləşib.

Milli.Az xəbər verir ki, "Günə uğurla" verilişində halı pisləşən aktyor üçün təcili yardım çağırılıb.

Hazırda aktyorun vəziyyətinin necə olduğunu öyrənmək üçün onunla əlaqə saxladıq.

Oxu.Az-a açıqlamasında Allahverdi Yolçuyev bildirib ki, özünü yaxşı hiss edir.

"İndi yaxşıyam. Efirdə birdən-birə özümü pis hiss etdim. Təzyiqim 155-ə qalxmışdı. İlk dəfədir, məndə belə təzyiq olur. Həkimlər gəldilər, dərman verdilər. İndi yaxşıyam, hər şey qaydasındadır", - deyə A.Yolçuyev bildirib.

----------
17:06


Tanınmış aktyor Allahverdi Yolçuyev canlı efirdə olarkən halı pisləşib.

Milli.Az xəbər verir ki, bu gün ARB TV-də yayımlanan "Günə Uğurla" proqramında qonaq olan aktyorun vəziyyəti pisləşdiyinə görə təcili yardım çağırılıb.

Daha sonra aktyor efirdən çıxarılıb. Verilişin aparıcısı bildirib ki, aktyor efirdən əvvəl iki dərman qəbul edib. 

Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

"Bu gün saat 10:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə ARB televiziya kanalından çağırış daxil olub. Təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Tanınmış aktyor Allahverdi Yolçuyevə arterial hipertenziya diaqnozu ilə yerində tibbi yardım göstərilib".

Milli.Az