"7 aylıq hamiləyəm, bir neçə gün öncə rəsmi nikaha girmişik" - VİDEO

30 Sentyabr 2025 19:12

Müğənni Arzuxanım Həsənova şəxsi həyatı ilə bağlı maraqlı açıqlaması ilə gündəmə gəlib.

Milli.Az xəbər verir ki, sənətçi canlı efirdə bildirib ki, hazırda 7 aylıq hamilədir və tezliklə ana olacaq. 

O, eyni zamanda dünyaya gələcək körpəsinin atası ilə bir neçə gün əvvəl rəsmi nikaha daxil olduğunu da açıqlayıb.

Arzuxanım sevincini bölüşərək qeyd edib ki, bu xəbər onun həyatında yeni mərhələnin başlanğıcıdır:

"Ana olmaq mənim ən böyük arzum idi".

Onun sözlərinə görə, qarşıdakı aylarda əsas diqqəti ailəsinə yönəldəcək, lakin sənətdən də tamamilə uzaqlaşmağı düşünmür.

Bu açıqlama geniş müzakirələrə səbəb olub.

Musa 
Milli.Az