İndoneziyanın Şərqi Yava əyalətində internat məktəbi uçub.
Milli.Az xəbər verir ki, faciə nəticəsində 3 nəfər ölüb, 99 nəfər xilas edilib. Dağıntılar altında 38 nəfərin qaldığı bildirilir.
Fəlakətlərə Qarşı Mübarizə Agentliyinin sözlərinə görə, binanın təməli əlavə tikilmiş dördüncü mərtəbənin yükünü daşıya bilməyib. Çökmə nəticəsində təxminən 80 nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Xilasetmə işlərinə ekskavator və kranlar cəlb edilsə də, yerli axtarış-xilasetmə rəsmisi Nananq Sigit dağıntılar altındakı 38 nəfərin axtarışının davam etdiyini bildirib. Onun sözlərinə görə, strukturun digər hissələrinin də uçmaq təhlükəsi olduğundan ağır texnikadan məhdud istifadə olunur.
Hadisə yerində xilasedicilərin axtarış işləri davam edir.
Milli.Az