Tünzalə Cabir haqda bunları dedi

30 Sentyabr 2025 23:37

"Cabir hər zaman qəlbimizdə yaşayacaq".

Milli.Az xəbər verir ki, bunu Xalq artisti Tünzalə Ağayeva mərhum Cabir İmanovun vida mərasimində jurnalistlərə açıqlama verib.

O, Cabir İmanovu uzun illərdir tanıdığını qeyd edib:

"25 illik dostluğumuz var idi. 'Bakılı oğlanlar' dövründən bu yana Cabir bizimlə bir çox səhnə işlərində iştirak edib. O, təkcə aktyor yox, həm də gözəl bəstəkar idi. Onun itkisi bizim üçün böyük boşluqdur."

Sənətçi bildirib ki, ziyalıların gedişi cəmiyyət üçün işıq itkisinə bənzəyir:

"Onlar gedəndə sanki bir nur sönür. Amma Cabir hər birimizin yaddaşında qalacaq. Bugünkü vida mərasimi də göstərdi ki, onu sevənlər çoxdur və hər kəs dualarla vidalaşır."

Qeyd edək ki, Cabir İmanov sentyabrın 29-da ürəktutmadan vəfat edib.

Asya
Milli.Az