Mən qardaşdan yetim qaldım - Tahir İmanov

30 Sentyabr 2025 14:40

Cabir çox zəngin ömür yaşadı.

Milli.Az xəbər verir ki, bu sözləri qardaşının vida mərasimində çıxış edən Tahir İmanov deyib.

O qeyd edib ki,Cabir nümunəvi ata, nümunəvi vətəndaş, nümunəvi oğul idi.

"Çoxları elə bilir Cabir məndən böyük idi. Amma məndən iki yaş balacadır. Buna baxmayaraq ondan çox şey öyrənmişəm. Allaha şükürlər olsun ki, Cabir Şuşalı günlərimizi yaşadı. Mən qardaşdan yetim qaldım", - deyə o vurğulayıb.

Qeyd edək ki, Azərbaycanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində sevilən aktyor, "Bakılı oğlanlar" Şən və Hazırcavablar Klubunun üzvü - XX əsrin çempionu, KVN Teatrı "Planet Bakı oğlanları"nın aparıcı aktyoru, Əməkdar artist, Daxili İşlər Nazirliyinin polkovniki Cabir İmanov dünən vəfat edib.

Milli.Az