Tramp bu gün vacib açıqlama verəcək

30 Sentyabr 2025 12:48

ABŞ Prezidenti Donald Tramp bu gün Oval kabinetdə vacib bir açıqlama ilə çıxış edəcək.

Milli.Az xəbər verir ki, bu barədə məlumat Ağ Evin Mətbuat Xidmətinin yaydığı gündəlik iş cədvəlində yer alıb.

Prezidentin çıxışı Bakı vaxtı ilə saat 19:00-da baş tutacaq. Bəyanatın mövzusu hələ açıqlanmayıb.

Trampın açıqlamanı Virciniya ştatının Kuantiko şəhərində Müdafiə naziri Pit Heqset və yüksək rütbəli hərbçilərlə keçirilən görüşdən dərhal sonra səsləndirəcəyi bildirilir.

Asya
Milli.Az