İspaniyanın "El Nacional" nəşrinin məlumatına görə, "Real Madrid" yarımmüdafiəçi Rodriyi transfer etmək istəyib.
Milli.Az xəbər verir ki, "Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola bu keçidin qarşısını alıb.
Mənbə yazır ki, madridlilərin marağına baxmayaraq, Qvardiola Rodriyin satılmayacağını bildirib və onu komandanın əsas futbolçularından biri kimi qiymətləndirib.
Xatırladaq ki, 29 yaşlı yarımmüdafiəçi ilə "şəhərlilər"in müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Rodri 2024-cü ildə "Qızıl top" mükafatına layiq görülüb.
Hüseyn
Milli.Az