Mehriban Əliyeva Cabir İmanovun vəfatı ilə bağlı paylaşım edib - FOTO

29 Sentyabr 2025 17:11

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva əməkdar artist Cabir İmanovun vəfatı ilə bağlı rəsmi "Instagram" hesabında paylaşım  edib.

Milli.Az xəbər verir ki, paylaşımda deyilir:

"Nurlu, səmimi və qeyri-adi istedada malik insan - Cabir İmanovun vəfatı xəbəri məni sarsıtdı. Bütün ailəmiz kədərlənir, onun yaxınlarına və doğmalarına başsağlığı veririk.
Allah rəhmət eləsin!"

Milli.Az