Tanınmış teleaparıcı Səidə Bəkirqızı aparıcısı olduğu verilişdə açıqlaması ilə diqqət şəkib.
Milli.Az xəbər verir ki, jurnalist efirdə "odlu-alovlu" çıxış edib.
Yenidən proqramına qayıdan aparıcı barəsində səsləndirilən "işdən qovulub" sözlərinə sərt cavab verib:
"Qələmini tərs tutan həmkarlarıml, elə tutacaqsınızsa, həmişə səhv yazacaqsınız. Yenə də deyirəm. Mən özümə hörmət edən adamam. Heç vaxt o şəraiti yaratmaram ki, kanal rəhbərliyi məni işdən qovsun. Kimsə məni işdən azad edə bilər, müqavilə xitam verə bilər. Heç kim işdən qova bilməz. Ona görə də mənə yox, özünüzə hörmət etməyi sizdən xahiş edirəm".
Musa
Milli.Az