Toy yasa döndü - Bəy oynayarkən öldü

30 Sentyabr 2025 12:00

Misirdə toy mərasimi faciə ilə nəticələnib.

Milli.Az bildirir ki, "Gulf News"un məlumatına görə Əşrəf Əbu Həkəm adlı bəy toy zamanı gəlinlə rəqs edərkən qəfil yıxılıb və həyatını itirib.

Şahidlərin sözlərinə görə qonaqlar dərhal köməyə gəlsələr də, onu xilas etmək mümkün olmayıb. Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları bəydə ürək tutması qeydə alıblar.

Onun əvvəlcədən hər hansı bir sağlamlıq problemi olub-olmaması barədə məlumat açıqlanmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Hindistanda da oxşar hadisə baş verib. Karnataka ştatında bank işçisi, 26 yaşlı Pravin Kurne toyu zamanı gəlininə ənənəvi mangalsutra boyunbağısını taxarkən özünü pis hiss edib. Daha sonra səhnəyə çıxaraq xeyir-dua almaq istəyərkən qəfil infarkt keçirib və 15 dəqiqə sonra dünyasını dəyişib.

İsmayıl
Milli.Az