Turist uçuruma yuvarlandı - Anbaan VİDEO

29 Sentyabr 2025 13:42

Çində 31 yaşlı alpinist Nama dağına qalxarkən dostları ilə selfi çəkməyə çalışıb, lakin təxminən 5500 metr hündürlükdə sürüşərək yıxılıb.

Milli.Az xəbər verir ki, hadisə barədə mk.ru məlumat yayıb.

Məlumata görə, təcrübəsiz alpinist selfi üçün qrupdan aralanıb və bu zaman müvazinətini itirib. O, buzlu yamacdan sürüşərək aşağı düşüb.

Hazırda alpinistin axtarışları davam edir, lakin onun meyiti hələ tapılmayıb.

Hüseyn
Milli.Az