Müğənninin dəfni ilə bağlı şok SÖZLƏR: "Kim olduğunuzu yaxşı bilirəm, utanmadan dəfnə gedirsiniz"

29 Sentyabr 2025 11:35

Evinin eyvanından yıxılaraq faciəli şəkildə dünyasını dəyişən məşhur müğənni Güllü dəfn olunub.

Milli.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, mərhum sənətçinin vida mərasiminə ailəsi və yaxınları ilə yanaşı, Murat Kurşun, Cansever, Killa Hakan, Kobra Murat və Yener Çevik kimi tanınmış adlar da qatılıblar.

Bununla belə, sənət camiəsindən gözlənilən izdiham müşahidə edilməyib. Bir çox məşhur sima dəfn mərasiminə şəxsən gəlmək əvəzinə sadəcə çələng göndərməklə kifayətlənib.

Müğənni Hilal Cebeci bu məsələyə sərt reaksiya göstərərək, mərasimə gəlməyən və yalnız çələng göndərən menecerləri kəskin tənqid edib:

"İndi "Instagram"da Güllünün dəfn mərasimini gördüm. O menecerlər var ha, sizlər... Böyük-böyük çələnglər göndərmisiniz. Güllüyə çələng göndərməyə nə haqqınız var? Bir dəfə olsun ona iş verdinizmi? Yox! Öz sənətçilərinizi qoruyub, işi monopoliyaya çevirmədinizmi? Misilsiz səsə sahib Güllüyə bir dəfə olsun imkan yaratdınızmı? İndi isə sadəcə görüntü olsun deyə çələng göndərmisiniz. Mən sizin kim olduğunuzu çox yaxşı bilirəm. Tərbiyəsizlər, zəiflər! Hamınızı ifşa etmək istərdim, amma siz buna dəyməzsiniz. Kim olduğunuzu özünüz yaxşı bilirsiniz. İnsanlara yaşadıqları vaxtda dəyər vermirsiniz, amma öləndən sonra utanmadan dəfnlərinə gedirsiniz, çələng göndərirsiniz. Tərbiyəsizlər!"

Qeyd edək ki, 51 yaşlı Güllü bir neçə gün əvvəl Çınarcıkda yaşadığı evin eyvanından yıxılaraq həyatını itirmişdi.

Musa
Milli.Az