ABŞ-də kilsəyə silahlı HÜCUM - 4 ölü , 8 yaralı

29 Sentyabr 2025 12:05

Miçiqan ştatının Grand Blanc şəhərində yerləşən İsa Məsihin Son Zamanlar Kilsəsi bazar günü keçirilən ibadət zamanı silahlı şəxs hücum edib.

Milli.Az xəbər evrir ki, məlumata görə, 40 yaşlı Tomas Yakob Sanford adlı şübhəli avtomobili kilsəyə sürərək atəş açıb və binanı yandırıb. Hadisə nəticəsində azı 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Şübhəli kilsənin avtoparkında polis tərəfindən zərərsizləşdirilib və 8 dəqiqə sonra öldürülüb. Hücum zamanı yüzlərlə insan ibadətdə iştirak edirdi. Yerli polis rəisi Uilyam Renye bildirib ki, yanğın sürətləndirici maddə - çox güman ki, benzin istifadə edilərək törədilib.

Kilsə ziyarətçilərinin qəhrəmanlığı sayəsində bir çox uşaqlar sığındırılıb və əlavə itkilərin qarşısı alınıb. FTB və digər federal orqanlar hadisəni "məqsədli zorakılıq aktı" kimi araşdırır, şübhəlilərin motivi hələ də müəyyən edilməyib.

Milli.Az