Bu BÜRCLƏRİN arzuları gerçəkləşəcək

4 Oktyabr 2025 09:41

Astroloqların proqnozlarına görə, yaxın günlər bəzi bürclər üçün xüsusi uğur vəd edir.

Milli.Az xəbər verir ki, onların uzun müddətdir gözlədikləri arzular həyata keçə, planları gerçəkləşə bilər.

Qoç, Şir və Oxatan bürcləri üçün fürsətlər dövrü başlayır. Bu bürclərin nümayəndələri iş həyatında yüksəliş, şəxsi münasibətlərdə isə yeni və xoş xəbərlərlə qarşılaşa bilərlər.

Əqrəb və Balıqlar isə uzun müddətdir gözlədikləri bir məsələdə müsbət nəticə əldə edəcəklər. Bu bürclər üçün həm maliyyə, həm də şəxsi həyat sahəsində xoş dəyişikliklər mümkündür.

Astroloqlar bildirirlər ki, sözügedən bürclərin nümayəndələri pozitiv düşünməli, qarşılarına çıxan imkanlardan maksimum yararlanmalıdırlar.

Musa
Milli.Az