Bu ərazi Bakının narkotik yuvasına çevrilib

29 Sentyabr 2025 15:24

Yasamal rayonu Mirzə Fətəli Axundov 86 ünvanında baxımsız bina artıq təhlükəli əraziyə çevrilib. Bura hər axşam narkomanların yuvasıdır. 

Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, narkamanların səs-küyündən və davranışlarından qorxu içində yaşayırlar:

"Qapının kodunu hardansa öyrəniblər. İstər qız, istərsə də oğlan olsun gəlib burda qalırlar. Bizə narahatçılıq verirlər. Ərazidə də iynə və digər izlər görmək olar". 

Məsələ ilə bağlı DİN-dən bildirildi ki, paytaxt üzrə daimi yoxlama tədbirləri davam etdirilir. Həmin şəxslər müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılacaq. 

Aysel Əkbər
Milli.Az