Binaların qarşısına kameralar quraşdırılır: Həmin şəxslər cərimə olunacaq - FOTO

29 Sentyabr 2025 10:45

Yasamalda kameralarla bağlı sakinlər tərəfindən maraqlı fakt görüntülənib.

Milli.Az xəbər verir ki,buradakı kameralarının yerləşdirilməsi yalnız yol təhlükəsizliyi və nəzarəti üçün deyil, həm də ictimai intizamın qorunması məqsədi daşıyır.

İddialara görə, binanı çəkən kameranın məqsədinin binadan yerə zibil atan sakinlərin müəyyənləşdirilməsidir. Daha sonra isə mənzili müəyyən edilərək cərimələnir. 

Qeyd edək ki, Azərbaycanda yaşayış binalarının ətrafında müşahidə kameralarının quraşdırılması bələdiyyə və ya mənzil-istismar idarəsinin qərarı ilə mümkündür. Əgər bu, ictimai maraqları qorumaq məqsədi daşıyırsa və şəxsi həyatın toxunulmazlığı pozulmursa, bu addım qanuni sayılır. 

Aysel Əkbər
Milli.Az