Məşhur oriental rəqqasə Asena uzun fasilədən sonra yenidən səhnəyə çıxıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı rəqqasənin çıxışı sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.
Bir qrup izləyici onun enerjisini qoruduğunu və hələ də yüksək səviyyədə rəqs etdiyini qeyd edib. Digərləri isə rəqqasənin əvvəlki performansından uzaq olduğunu və yaşının təsirinin hiss olunduğunu yazıb.
Qeyd edək ki, Asena 2017-ci ildə ailə qurduğu Hasan Dere ilə 8 illik evliliyinə bir neçə həftə əvvəl son qoyub. O, uzun müddət Almaniyada yaşayıb.
Musa
Milli.Az