Özcandan vida mesajı "Məni bir daha görməyəcəksiniz"

29 Sentyabr 2025 18:30

Türkiyə musiqisinin sevilən adlarından olan Özcan Dəniz dünən axşam İstanbuldakı konsertində söylədiyi sözlərlə gündəmə damğa vurub.

Milli.Az xəbər verir ki, məşhur sənətçinin emosional çıxışı pərəstişkarlarını narahat edib.

30 ilə yaxın karyerası ərzində saysız-hesabsız hit mahnı, serial və filmlərlə milyonların sevgisini qazanan Dəniz səhnədə vida tonlu açıqlama verib:

"Həyat məni heç vaxt istəmədiyim yerlərə sürükləyir. Arzuolunmaz hadisələrin baş vermə ehtimalı yüksəkdir. Ola bilər ki, məni bir daha görməyəsiniz. 30 ildir yanımda olduğunuz üçün sizə sonsuz təşəkkür edirəm", - deyə müğənni bildirib.

Qeyd edək ki, son dövrlərdə Özcan Dəniz sənət fəaliyyətindən çox şəxsi həyatı ilə gündəmdədir. Onun hazırda qardaşı Ercan Dənizlə ailəvi problemlər yaşadığı bildirilir.

Milli.Az