Oktyabr ayı bəzi bürclərin həyatında unudulmaz dönüş nöqtəsi olacaq. Payızın romantik enerjisi uzun müddətdir sevgidə həsrət yaşayanların həyatına yeni nəfəs gətirəcək.
Milli.Az xəbər verir ki, üç bürc üçün bu ay həsrət sona çatır və ürəkləri isidən yeni başlanğıclar gözlənilir.
Şir
Uzun müddətdir münasibətlərində çətinlik yaşayan və ya təkliyin ağırlığını hiss edən Şirlər üçün Oktyabr xüsusi ay olacaq. Köhnə sevgidən xəbər gələ bilər və ya həyatlarına yeni, ciddi münasibətə hazır bir insan daxil ola bilər. Həsrətin bitməsi ilə birlikdə Şirlər daha güclü hiss edəcəklər.
Əqrəb
Əqrəblər emosional tərəfləri ilə seçilirlər, amma tez-tez özlərini tənhalığa məhkum edirlər. Oktyabr ayı isə onlar üçün romantikanın zirvəsi olacaq. Ayrılıq yaşayan Əqrəblər barışa bilər, subay olanlar isə dərin duyğularla dolu yeni tanışlıq əldə edəcəklər.
Balıqlar
Həssas və duyğusal Balıqlar uzun müddət ürəklərində gizli həsrət gəzdirirdilər. Ulduzlar bildirir ki, Oktyabrda onların həyatında ürəklərini isidəcək bir görüş baş tutacaq. Hisslər qarşılıqlı olacaq və Balıqlar özlərini yenidən sevilən və dəyərli hiss edəcəklər.
Astroloqların sözlərinə görə, payızın bu mərhələsi hər üç bürc üçün yeni başlanğıclar və xoşbəxtlik gətirəcək. Həsrətin bitməsi ilə birlikdə onların həyatına həm sevgi, həm də harmoniya daxil olacaq.
Fidan
Milli.Az