Türkiyədə daha bir zəlzələ

29 Sentyabr 2025 09:28

Türkiyənin Kütahya şəhərində 4,5 bal gücündə zəlzələ olub.

Milli.Az xəbər verir ki, bununla bağlı AFAD məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 01:48-də baş verib.

Yeraltı təkan 10.31 kilometr dərinlikdə qeydə alınıb.

Xatırladaq ki, ötən gün də Kütahyada 5,4 və 4 bal gücündə zəlzələ olub.

Milli.Az