"Real Madrid"lə altı dəfə çempion olan qapıçı vəfat etdi - FOTO

28 Sentyabr 2025 22:51

Real Madrid və İspaniya millisinin sabiq qapıçısı Xose Arakistayn 88 yaşında dünyasını dəyişib. 

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Arakistayn 1961-1968-ci illər arasında Real Madrid klubunun heyətində 97 oyun keçirib. Bu dövrdə: 6 dəfə İspaniya çempionu olub,1 dəfə İspaniya Kubokunu qazanıb,

1966-cı ildə isə komanda ilə birlikdə Avropa Çempionlar Kubokunun (indiki Çempionlar Liqası) qalibi olub.

1961-62 mövsümündə o, Zamora mükafatına layiq görülüb - bu mükafat hər oyuna ən az qol buraxan qapıçılara verilir.

Araquistain, İspaniya millisinin üzvü kimi 1962-ci il Dünya Çempionatında iştirak edib. Klub səviyyəsində isə o, Real Madrid-dən əvvəl və sonra Real Sosyedad, Elçe və Kastellon komandalarında da çıxış edib.

Lalə Qüdrətova
Milli.Az