Azərbaycan liqasında kuryoz hadisə: Stadionda işıqlar söndü, oyun dayandı - FOTO

28 Sentyabr 2025 19:51

Azərbaycan Premier Liqası çərçivəsində keçirilən "Sabah"-"Sumqayıt" oyunu yarımçıq dayandırılıb.

Milli.Az xəbər verir ki, buna səbəb stadionda işıqların sönməsi olub.

Belə ki, "Sabah" FK-nın ev oyunlarını keçirdiyi Masazırda yerləşən stadionda oyunun 28-ci dəqiqəsində işıqlar sönüb.

İşıqlar yandıqdan sonra isə oyun qaldığı yerdən bərpa olunub.

Milli.Az